Belarus prezidenti Aleksandr Lukaşenko oğlu Viktor Lukaşenkonu dövlət başçısının milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad edib.
Pravda.az-ın məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.

"Viktor Lukaşenko seçkili vəzifəyə keçidlə əlaqədar Belarus prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad olunub", - xəbərdə deyilir.
Mətbuat xidmətində əlavə ediblər ki, Viktor Lukaşenkoya növbəti "ehtiyatda olan general-mayor" hərbi rütbəsi verilib.