BURADA REKLAMINIZ OLA
BİLƏR

Mirkazım Kazımovun oğlu deputatlığa namizədliyini irəli sürüb

V çağırış Milli Məclisin deputatı Mirkazım Kazımovun oğlu Səid Mirkazımov deputatlığa namizədliyini irəli sürüb.

 

Pravda.az-ın xəbərinə görə, S.Mirkazımov imza vərəqələrini 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinə təqdim edib.

 

Hazırda həmin seçki dairəsinin deputatı Fəzail İbrahimlidir. Vətəndaş Həmrəyliyi Partiyası 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində də F.İbrahimlinin namizədliyini irəli sürüb.

 

Yeni Azərbaycan Partiyası isə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Sadıqov Etibar Sadıq oğlunun namizədliyini irəli sürüb.

 

Qeyd: S.Kazımovun atası Mirkazım Kazımov 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatıdır. O, namizədliyini irəli sürməyib.

 

Tarix: 11 Yanvar 2020, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin