BURADA REKLAMINIZ OLA
BİLƏR

Ata Abdullayev deputatlığa namizədliyini irəli sürüb - Ziyad Səmədzadə və Taleh Şahsuvarlıya rəqibdir

Özünü bloqer kimi təqdim edən Ata Abdullayevin deputatlığa namizədliyini irəli sürüb.

 

Pravda.az-ın xəbərinə görə, A.Abdullayev imza vərəqələrini 23 saylı Nəsimi-Səbail seçki dairəsinə təqdim edib.

 

Hazırda həmin seçki dairəsinin deputatı Ziyad Səmədzadədir.

 

O, hazırda da həmin seçki dairəsindən deputatlığa namizəddir.

 

Yeni Azərbaycan Partiyası 23 saylı Nəsimi-Səbail seçki dairəsindən Rəhimov Elnur Fidail oğlunun namizədliyini irəli sürüb.

 

Həmin seçki dairəsindən Zaur Darab-zadə, Taleh Şahsuvarov da deputatlığa namizəddir.

Tarix: 11 Yanvar 2020, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin