BURADA REKLAMINIZ OLA
BİLƏR

Əziz Əzizovun müavini vəzifəsinin icrasını dayandırdı - SƏBƏB

Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizovun müavini Afət Həsənova vəzifəsinin icrasını dayandırıb.

 

Pravda.az xəbər verir ki, A.Həsənovanın RİH-də vəzifəsinin icrasını dayandırması onun Yeni Azərbaycan Partiyası tərəfindən (YAP) 2020-ci ilin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsi ilə əlaqədardır.

 

Artıq onun namizədliyi qeydə alınıb.

 

Qeyd edək ki, A.Həsənovanın namizədliyi 32 saylı Suraxanı üçüncü seçki dairəsindən irəli sürülüb.

Tarix: 11 Yanvar 2020, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin