BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri imza vərəqələrini DSK-ya təqdim edib

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun deputatlığa namizədliyinin qeydə alınması üçün imza vərəqələrini 8 saylı Binəqədi birinci seçki dairəsinin dairə seçki komissiyasına təqdim edib.

 

Pravda.az-ın xəbərinə görə, A.Şakiroğlu müvafiq arayış da alıb.

 

Hazırda həmin seçki dairəsinin deputatı Azay Quliyevdir. O, namizədliyini növbəti dəfə də irəli sürüb.

 

8 saylı Binəqədi birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə namizədliyi irəli sürülən Kübra Əliyarlının da namizədliyi qeydə alınıb.

Tarix: 11 Yanvar 2020, 11:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin