BURADA REKLAMINIZ OLA
BİLƏR

DSK 3 Raufdan birini qeydə almadı

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun (Abbasov) rəqiblərindən biri jurnalistlə eyni ad və soyadda olan Rauf Abbasov olub (Çərkəz oğlu).

 

Pravda.az-ın xəbərinə görə, dairə seçki komissiyası R.Abbasovun (Çərkəz oğlu) deputatlığa namizədliyini qeydə almayıb.

 

Əgər həmin şəxsin deputatlığa namizədliyi qeydə alınsa idi, o  zaman səsvermə günü çaşqınlıq yarana bilərdi.

 

Həmin seçki dairəsində qeydə alınan namizədlərdən biri də Rauf Əzizovdur (Fizuli oğlu). O, ixtisasca həkimdir.

 

Beləliklə, 35 saylı Xətai üçüncü seçki dairəsindən iki Rauf adlı şəxs namizəddir – Rauf Abbasov (Arifoğlu) və Rauf Əzizov (Fizuli oğlu). 

Tarix: 11 Yanvar 2020, 14:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin