BURADA REKLAMINIZ OLA
BİLƏR

Rauf Arifoğlunun seçki qərargahının geniştərkibli iclası keçirildi - FOTO

35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd, Rauf Arifoğlunun seçki qərargahının geniştərkibli iclası keçirilib.

 

Pravda.az xəbər verir ki, 100-dən çox qərargah üzvünün iştirak etdiyi toplantıda bu günə qədər həyata keçirilən işlər barədə məlumat verilib, gələcək planlardan danışılıb. İctimai-siyasi xadimlərdən və sakinlərdən ibarət qərargah üzvləri iclasda öz təkliflərini də dilə gətiriblər.

 

İclasda seçki qərargahının rəhbəri, tanınmış jurnalist Çingiz Özgür, deputatlığa namizəd Rauf Arifoğlunun vəkili və seçki platformasının həmmüəlliflərindən biri, sabiq maliyyə naziri Saleh Məmmədov, Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xətai rayon təşkilatının sədri Sabit Kazımov, Xətai rayonunda yerləşən Mir Tağı məscidinin dini icmasının sədri Seyyid Mir Cəfər Ağa və digər qərargah üzvləri çıxış edib.

 

Qərargahın iclası təkliflərin dinlənilməsi ilə davam edib.

Fotoları təqdim edirik
Tarix: 11 Yanvar 2020, 21:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin