BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu ilin sonunadək Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində diplomatik korpus nümayəndələri Laçında olublar.

Pravda.az-ın məlumatına görə, Laçında yerləşən "Güləbird" SES-ə baş çəkən diplomatlara SES-in əvvəlki vəziyyəti barədə məlumat verilib. "Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev bildirilib ki, dekabrın əvvəllərində etibarən SES-də təmir işləri aparılıb.

O həmçinin deyib ki, bu ilin sonuna qədər Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq.

Z. Quliyev əlavə edib ki, martın 20-də Şuşada rəqəmsal yarımstansiyanın tikintisi başa çatacaq ki, oradan Xankəndinə, Laçına enerji paylanacaq.

"Azərenerji" rəsmisi Qamışlıda, Kəlbəcərdə aprel ayının sonunadək bir yarımstansiyanın tikintisinin tamamlanacağını da deyib. O, Həkəri və Tərtər çayları üzərində 27 stansiya tikilib, bərpa olunacağını bildirib.

Tarix: 6 Mart 2021, 20:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin