Tanınmış QHT sədri, internet-media ekspert Səbuhi Abbasovun namizədliyi 47 Saylı Mingəçevir Seçki dairəsində təsdiqlənib. Bu barədə Səbuhi Abbasovun rəsmi profilində məlumat verilib. Məlumatı olduğu kimi təqdim edirik: "Əziz dostlar, dəyərli həmkarlar, dəyərli MİNGƏÇEVİRLİLƏR! Nəhayət, hər birinizin gözlədiyi o an yetişdi, namizədliyim rəsmən qeydə alındı. Bu işin əsas olmasa da, olduqca mühüm hissəsidir. Bu işdə əməyi olan hər kəsə, xüsusən qapı-qapı gəzdiyim aiələrə, imzalarını, məsləhətlərini verən dəyərli insanlarımıza təşəkkür edirəm. Var olun! Təbliğat, təşviqata aid bütün paylaşımlarımız 17 yanvardan etibarən başlayacaqdır. Bir neçə günlük sükutu qanunauyğunluq kimi nəzərə almağınızı xahiş edirəm. Geri sayım başladı...”
Səbuhi Abbasov 16 noyabr 1985-ci ildə Mingəçevir anadan olmuşdur. 2003-cü ildə Mingəçevir şəhər liseyini bitirərək,Bakı Slavyan UniversitetininBeynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinə daxil olmuşdur. 2007-2009–cu illərdə Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin Regionşünaslıq ixtisasında təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.
Bakalavr pilləsində təhsil alarkən qrup rəhbəri, fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri, fakültə üzrə Tələbə Həmkarların sədri vəzifələrini icra etmişdir. Universitetdə bir sıra konfransların, dəyirmi masaların və debatların təşkilatçısı olmuşdur. 2006-cı ildəAzərbaycan-Slavyan Gəncləri Assosiasiyasını (ASGA) təsis edərək200-dən artıq beynəlxalq və yerli layihələr həyata keçirmişdir.
Azərbaycan Respublikası Gənclər və İdman NazirliyininvəAzərbaycan Respublikası Təhsil Nazirliyinin"Fəxri Məzun 2007”diplomuna layiq görülmüşdür.