Azərbaycanda daxili turizmin inkişafını sürətləndirəcək yeni layihə hazırlanıb. Bu çərçivədə ölkəmizdə yerli rezervasiya platforması yaradılır. Bununla bağlı artıq tender də keçirilib. İlk dəfə yaradılacaq yerli booking platformasının bir çox üstünlükləri olacaq.
Ölkəmizdə istirahət məkanları daha əlçatan olacaq.
Bununla bağlı yerli booking platforması hazırlanır. Azərbaycan Turizm Bürosunun idarə heyətinin sədr müavini Bəhruz Əsgərov deyir ki, platforma yerli layihə olduğu üçün turistlərin büdcəsinə müsbət təsir göstərəcək. Onun sözlərinə görə, vətəndaşların seçim imkanı da genişlənəcək.