“Artıq regionumuzun taleyinin dəyişməsi, Qafqazda davamlı sülh və sabitliyin təmin olunması mümkündür”.

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan-Türkiyə Manas Universitetində çıxışı zamanı deyib.

“Əlimizdə fürsət düşüb. Ümid edirəm ki, bu fürsəti hər kəs görər, bu həyəcanı bütün tərəflər bölüşər”, - Türkiyə XİN başçısı vurğulayıb.

M. Çavuşoğlu qeyd edib ki, Türkiyənin qapısı əməkdaşlıq üçün Ermənistan da daxil olmaqla hamıya açıqdır.