Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin yaxın gələcəkdə görüşü planlaşdırılır.

Pravda.az xəbər verir ki, bu barədə iki ölkənin Prezidentləri “Akkuyu” AES-in üçüncü blokunun inşasına başlanılması münasibətilə keçirilən telekörpü zamanı razılığa gəliblər.

“Ən qısa zamanda dəyərli dostumla üz-üzə görüşənədək”,- deyə Ərdoğan qeyd edib.

Putin isə cavabında “Razılaşdıq. Biz artıq çoxdandır görüşmürük. Bunu yaxın zamanda etmək lazımdır”,- deyə bildirib.