BURADA REKLAMINIZ OLA
BİLƏR

Təyyarə qəzasında ölən 176 nəfər anıldı - VİDEO

İranda Ukrayna təyyarəsinin vurulması nəticəsində  həlak olan  176 nəfərin xatirəsinə video hazırlanıb.

 

Pravda.az-ın xəbərinə görə, hazırlanan bu video hazırda qonşu ölkədə ən populyar videoya çevrilib.

 

Qeyd edək ki, yanvarın 8-də Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub. Faciədə həlak olanların böyük bir hissəsi ikili vətəndaşlığı olan iranlılar olub. Həlak olanlar arasında həmçinin Kanada, Ukrayna, Böyük Britaniya və Almaniya vətəndaşları da var. Artıq rəsmi Tehran “Boeing” təyyarəsinin “insan səhvi” səbəbindən vurulduğunu etiraf edib.

 

Tarix: 12 Yanvar 2020, 21:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin