BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP İdarə Heyətinin üzvü: “Azərbaycan hakimiyyətini şəxsi həyata müdaxilədə ittiham etmək cılızlıqdır”

“Martın 8-də Bakıda bir qrup qadın "8 Marş" adı altında aksiya keçirməyə cəhd edib. Aksiyanın keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığına görə qarşısı alınıb. Aksiya təşkilatçıları istəklərinə nail ola bilməyiblər. Çünki bu, təxribat idi, ölkədəki sabitliyi pozmağa xidmət edirdi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

 

Deputat xatırladıb ki, bir neçə gün öncə, sosial şəbəkədə Nərmin Şahmarzadənin Bəxtiyar Hacıyevlə və digər şəxslərlə yazışmaları üzə çıxıb.

 

C.Osmanov bildirib ki, radikal qüvvələr bunu dərhal hökumətin üzərinə atmağa çalışıblar: “Guya Azərbaycan hakimiyyəti şəxsi həyata müdaxilə edir. Bu iddia ilə çıxış etmək cılızlıqdır. Azərbaycan hökumətinin kifayət qədər işi, qayğıları var. Hökumət üçün prioritet məsələ ölkənin inkişafı, sabitliyin qorunub saxlanılmasıdır. Hakimiyyət Qarabağın bərpa və yenidən qurulması ilə məşğuldur. Azərbaycan hökumətinin radikalların iddia etdiyi cılız işlərlə məşğul olmağa vaxtı yoxdur. Bu mümkün də deyil. Çox güman ki, bu yazışmaların yayılması elə onların öz işləridir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb, araşdırmalar başlayıb, araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək”.

 

Kənan

Tarix: 12 Mart 2021, 18:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin