BURADA REKLAMINIZ OLA
BİLƏR

Parlament “Dostluq” yatağına dair Anlaşma Memorandumunu ratifikasiya etdi

Türkmənistan Məclisi “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu ratifikasiya edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

 

Qeyd edək ki, Anlamşa Memorandumu yanvarın 21-d Azərbaycan və Türkmənistan prezidentlərinin videokonfrans formatında qatıldığı tədbirdə bu ölkələrin  xarici işlər nazirləri tərəfindən imzalanıb. Sənədə əsasən, “Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30% Azərbaycan Respublikasına, 70% Türkmənistana nisbətində bölüşdürüləcək. “Dostluq” yatağından çıxarılmış beynəlxalq bazara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat tranziti sistemlərinin istifadə edilməsi ilə rəqabətqabiliyyətlilik şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun həyata keçiriləcək.

Tarix: 14 Mart 2021, 11:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin