"İnsan deyə bilməz ki, ömrümün axırına kimi bir insana sadiq olacam. Başqalarını bilmirəm, amma bir şəxs ikinci dəfə həyatıma qayıda bilməz. Bitirsə, gedir. İki insan arasında elə hisslər yaşanır ki, ayrılanda səbəbi olur.
Unudub, yenidən başlaya bilmirsən. Elə səbəblər var ki, geri dönüşü olmaz. Həyatıma qayıdan olub, amma məndə alınmayıb. Onun sevgisinə ürəyim də ağrıyıb, bir şans verməyə çalışmışam, amma alınmayıb".
Pravda.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Zaurla Günaydın" proqramında deyib. Sevgidən danışan müğənni etiraflar edib. O bildirib ki, həyatına girən kişiləri dəli kimi sevib: