ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur “National Geographic” jurnalı rəsmi “Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün fotosunu paylaşıb.
Pravda.az xəbər verir ki, paylaşımda XII əsrin abidəsi sayılan tarixi Xudafərin körpüsünün Cəbrayıl rayonu ərazisində, İran-Azərbaycan sərhədində, Araz çayı sahilində yerləşdiyi bildirilir.