Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kim milyonçu olmaq istəyir” verilişi ilə məşhurlaşan Ümmü Gülsüm Gənclə sosial şəbəkənin canlı yayımında danışıb.
4 yaşında keçirdiyi ağır xəstəlik səbəbindən danışa bilməyən 27 yaşlı qız Ərdoğanla da yarışmada olduğu kimi, yazılı ünsiyyət qurub. Səmimi ortamda keçən görüşdə Prezident Ümmü Gülsümə uğurlar diləyərək, onu ailəsi ilə birlikdə Ankaraya dəvət edib.