Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Rusiya azərbaycanlını qətlə yetirən ermənini ölkəsinə təhvil verdi

1 419
Paylaş:
Rusiya azərbaycanlını qətlə yetirən ermənini ölkəsinə təhvil verdi

Rusiyada azərbaycanlını qətlə yetirməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilən Ermənistan vətəndaşı Armen Arekelyan ölkəsinə təhvil verilib.

Pravda.az xəbər verir ki, bu barədə Arekelyanın vəkili Artur Daşyan "news.am"a məlumat verib.

Cinayətkar Ermənistana təhvil verilməmişdən öncə cəzasının 6 ilini Murmansk şəhərində yerləşən həbsxanada çəkib. O, cəzasının qalan 12 ilini ölkəsində çəkəcək.

Qeyd edək ki, Arekelyanın həbsi ilə nəticələnən hadisə 2014-cü ildə baş verib. Belə ki, tərəflər Murmanskda yerləşən kafedə mübahisə edib. Mübahisə nəticəsində Arekelyan azərbaycanlını qətlə yetirilib.

Paylaş:

Ən son xəbərlər