Çexiyanın Səhiyyə naziri Yan Blatni respublikada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən karantin rejiminin üç həftəlik uzadılmasını tövsiyə edib.
Pravda.az TASS-a istinadən xəbər verir ki, nazir martın 18-də keçirilməsi planlaşdırılan fövqəladə iclasda mövcud məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarı olmayacağını deyib.