Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Cavid Bayramova, Hilal Hüseynova və Vəfa Mütəllimovaya vəzifə verildi

2 128
Paylaş:
Cavid Bayramova, Hilal Hüseynova və Vəfa Mütəllimovaya vəzifə verildi

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Pravda.az-ın məlumatına görə, Milli Məclis sədrinin təqdimatına əsasən, Nəsir İbrahim oğlu Sadıqov Hesablama Palatasının sədr müavini, Cavid Fazil oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov və Vəfa Allahverən qızı Mütəllimova Hesablama Palatasının auditorları təyin edilib.

Qeyd edək ki, Hesablama Palatasının sədrinin müavini Adil Məhərrəmov, auditorlar Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənov işdən çıxmaqla bağlı ərizə yazıblar.

Paylaş:

Ən son xəbərlər