Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 333 ictimai iaşə obyektində 574 monitorinq keçirilib. Monitorinqlər zamanı 31 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayonda yerləşən fiziki şəxs Əyyubov Kərbbərayiibrahim Əyyub oğluna məxsus kafe;
2. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, fiziki şəxs Babayev Namiq Natiq oğluna məxsus dönər evi;
3. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 25E ünvanında yerləşən, hüquqi şəxs “CP Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe;
4. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev 27a ünvanında yerləşən, fiziki şəxs Musayev Alim Teymur oğluna məxsus “Məclis” çay evi;
5. Bakı şəhəri, Xətai rayonu, M. Hadi və Sarayevo küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pakdad” kafe;
6. Bakı şəhəri, Xətai rayonu, Hadi ev 23H ünvanında yerləşən, fiziki şəxs Əsgərov Əsgər Zahir oğluna məxsus kafe;
7. Bakı şəhəri, Nərimanov rayonu, C. Hacibəyli ev 238 ünvanında yerləşən, fiziki şəxs Rzayev Qalib Hidayət oğluna məxsus “Köz tantuni” dönər evi;
8. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 239 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Elmin Pərviz oğluna məxsus kafe;
9. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38-də yerləşən hüquqi şəxs "Siti Keyterinq" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Cafecity" restoranı;
10. Bakı şəhəri, Nəsimi rayonu, M. Qardaşları ev 22 ünvanında yerləşən, fiziki şəxs Ömərova Samirə Camalovna qızına məxsus "London" kafesi;
11. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 17 ünvanında yerləşən, fiziki şəxs Salehova Aygül Bəhruz qızına məxsus “Boho Tea Room” kafesi;
12. Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət dalan 2 ünvanında yerləşən, fiziki şəxs Babayeva Gülşən Dumuş qızına məxsus “Elit” kafesi;
13. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 7 ünvanında yerləşən, hüquqi şəxs "Ìnci Group of Companies” Qapalı Səhmdar Cəmiyyətinə məxsus kafe;
14. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən, fiziki şəxs Məmmədov Aqilə Amil oğluna məxsus kafe;