V çağırış Milli Məclisin deputatı Mirkazım Kazımovun oğlu Səid Kazımovun iki müxtəlif dairədən namizədliyini irəli sürməsiylə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
S. Kazımovun həm 67 saylı Cəlilabad şəhər seçki dairəsi, həm də 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyini verdiyi bildirilib.
Məlum olub ki, Seçkilər İnformasiya Mərkəzində qeyd olunmuş məlumatlarda S. Kazımov 67 saylı dairədən namizəd kimi imtina edib. O, imza vərəqələrini 69 saylı dairəyə təqdim etsə də, namizədliyi hələ ki, qeydə alınmayıb.