Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda koronavirusun Britaniya ştammı aşkarlanıb - SON DƏQİQƏ

1 276
Paylaş:
Azərbaycanda koronavirusun Britaniya ştammı aşkarlanıb -   SON DƏQİQƏ

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq, “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1,  B.1.1.7 (Britaniya variantı) aşkarlanıb. 

Qeyd edək ki, ölkəmizdə koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.

Paylaş:

Ən son xəbərlər