“Express Bank”ın istehlak kreditlərinə daha çox üstünlük verməsi və bununla da bazarda ciddi paya sahib olmaması barədə xəbər vermişdik. Buna görə də bank istehlak kreditlərini həcmini artırmaq üçün müxtəlif kampaniyalar keçirir.
Pravda.az xəbər verir ki, “15%-lə hər kəsə nağd kredit” deyə çağırış edən bank bir neçə qanunu heçə sayıb. Belə ki, ilkin olaraq müştərilərinə dolğun məlumat verməyən bankın 15% effektiv faiz dərəcəsi kimi hesablaması birbaşa məlumatların içində qeyd olunmayıb. Yəni, bank 15% dən başqa komissiya haqqları və digər xərclərini də müştəridən tutacaq. Bununla da bankın verdiyi kreditin Faktiki İllik Faiz Dərəcəsi (FİFD) daha da çox olacaq. Bu arada onu da qeyd edək ki, bankın effektiv faiz dərəcəsi 15% -dən başlayır. Yəni, hər kəsə deməsinə baxmayaraq faizin müəyyənləşəsi bankın kredit mütəxəssisindən aslıdır.