Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ömürlük cəza alan 3 nəfər əfv edildi

1 436
Paylaş:
Ömürlük cəza alan 3 nəfər əfv edildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb.

Pravda.az xəbər verir ki, siyahıda olan 3 ömürlük azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Həmin şəxslərin adlarını təqdim edirik:

3.1. Aslanov Azər Məhərrəm oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

3.2. Əhmədov Araz Vidadi oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 7 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

3.3. Əliyev Vüqar İbrahim oğlu, 1981-ci Ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2016-cı il 15 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

Paylaş:

Ən son xəbərlər