Tanınmış jurnalist Səbinə Əvəzqızında xərçəng xəstəliyi aşkarlanıb.
Yaxınları bildirib ki, hazırda jurnalistin xəstəliyi ağır fazadadır. Həkimlər S.Əvəzqızının müalicə ilə sağala biləcəyini bildiriblər. Lakin bunun üçün təcili müalicəyə başlanılmalıdır.
Müalicə üçün böyük məbləğ tələb olunduğu üçün S.Əvəzqızının ailəsi bunu qarşılaya bilmir.