Tərtər rayonunda axundun avtomobilinə ziyan vurulub.
Pravda.az xəbər verir ki, artıq maşına maddi zərər yetirən şəxs polis tərəfindən müəyyən edilib. O, bir neçə gün öncə müalicə olunduğu 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından evə buraxılan 24 yaşlı rayon sakini M.H.dir. Həmin şəxs bu əməli törətməsini ona gələn “xüsusi vəhy”lə əlaqələndirib.
O iddia edib ki, vaxt gələcək hamı onun qarşısında baş əyib, ona təzim edəcək.