Jurnalist Pərviz Hüseyn sosial şəbəkə hesabında hər zaman olduğu kimi bu dəfə də yumor tipli paylaşım edib.
Pravda.az-ın xəbərinə görə, jurnalist bu dəfə şəxsi hesabında Xoşqədəm Hidayətqızının efirdən qətlə yetirilən 10 yaşlı Nərminlə bağlı dediklərini paylaşaraq, “Tanışlarım “iphone pro max” alarkən mən” şərhini yazıb. Baxşəliyeva jurnalistin həmin postuna şərh yazıb və həmkarı ilə qalmaqal yaşayıb. Sözügedən dialoqu təqdim edirik:
Xoşqədəm Baxşəliyeva: “Pərviz, bilmirem kimsən, anan, atan kimdir. Bildiyim odur ki, sən bir körpənin ölümünü gülüş obyektinə çevirəcək qədər bir vicdansızsan! Və bu paylaşımını mən paylaşıb seni insanların ixtiyarına buraxacam”.
Pərviz Hüseyn: “Burada körpənin hadisəsinə gülən heç kim yoxdur və əgər kimsə gülürsə, deməli, elə vicdansızdır. Bu tipli videolar səhifəmdə çoxdur. Diqqətlə nəzər yetirsəniz videolarda yumor şəxslərə və hadisələrə köklənmir. Təşəkkür edirəm. İstədiyinizi etməkdə sərbəstsiniz”.