Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllimin şagirdi döyməsi məsələsi araşdırılıb.
Təhsil Nazirliyindən bildirilib ki, təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə internat məktəbinin direktor müavini işdən azad olunub.