Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında görüş keçirilib.

Pravda.az-ın xəbərinə görə, görüş videokonfrans formatında baş tutub.

Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da iştirak edib.