Qarabağda müharibədə ölən 15 erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verilib.
Pravda.az-ın xəbərinə görə, erməni hərbçilərin meyitlərinin qalıqları Füzuli rayonu ərazisində tapılıb.
Qeyd olunub ki, 2020-ci il noyabrın 13-dən bəri Ermənistan tərəfi ümumilikdə 1 518 hərbçinin meyitinin qalıqlarını hərbi əməliyyatlar aparılan ərazilərdən toplayıb.
Xatırladaq ki, bundan əvvəl də Azərbaycan Ermənistan tərəfinə erməni hərbçilərinin meyitlərinin qalıqlarını təhvil verib.
Daha 15 erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verildi