Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ramiz Mehdiyevin vəziyyəti ağırlaşdı

2 636
Paylaş:
Ramiz Mehdiyevin vəziyyəti ağırlaşdı

AMEA Prezidenti Ramiz Mehdiyevin səhhəti pisləşib.

Pravda.az-ın xəbərinə görə, R. Mehdiyevin bu gün axşam saatlarında qəflətən halı pisləşib.

Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, YAP-ın 5 martda keçirilən qurultayından sonra mediaya açıqlama verən 83 yaşlı AMEA prezidenti Ramiz Mehdiyevin parkinson xəstəliyindən ciddi şəkildə əziyyət çəkdiyi kameralarda açıq-aşkar görünüb. R.Mehdiyevin sağ tərəfində bu xəstəliyin ciddi olduğu, hətta akademikin əlini cibinə qoymasına baxmayaraq, yenə də əsmənin davam etdiyi görünür.

Məlumata görə, R.Mehdiyev bir neçə ildir Parkinson xəstəliyindən əziyyət çəkir.

Azadinfo.az

Paylaş:

Ən son xəbərlər