Çilili müğənni Mon Laferte Las-Veqasda təşkil edilən "Latın Qremmi" mükafatları gecəsinə qatılıb.
Müğənni sinəsini açıb, etiraz etdi - FOTOLAR
Pravda.az xəbər verir ki, "Ən yaxşı alternativ musiqi albomu" mükafatı alan ifaçının hərəkəti gecəyə damğa vurub. O, ölkəsindəki siyasi aksiyalara dəstəyini bildirərək anidən pencəyini soyunaraq, sinəsində yazılan "Çilidə insanlara işgəncə verirlər, təcavüz edib öldürürlər" yazısını göstərib. İfaçı gecədə Çilidən olan şair La Çinqeranın bir şeirini oxuyub.
Qeyd edək ki, sözügedən ölkədə 1 aydan çoxdur ki, qeyri-bərabərlik və sosial həyatın yaxşılaşdırılması ilə bağlı aksiyalar keçirilir.