BURADA REKLAMINIZ OLA
BİLƏR

DSK jurnalisti 20 yaş "gəncləşdirdi"

Mərkəzi Seçki Komissiyası (MSK) namizədliyi qeydə alınan jurnalist haqqında yol verdiyi nöqsanı aradan qaldırıb.

 

Pravda.az xəbər verir ki, MSK-nın rəsmi saytında namizədlərin siyahısı yerləşdiriləndə jurnalist Rufik İsmayılovla bağlı səhvə yol verilib. Belə ki, jurnalistin təvəllüdü 25.06.1982 əvəzinə, 09.02.2002 göstərilib.

 

Bu gün isə Komissiya sözügedən texniki səhvi düzəldib.

 

R. İsmayılov bildirib ki, çoxsaylı müraciətindən sonra düzəliş olunub: “MSK-nın saytının İnformasiya Mərkəzi bölməsində namizədlərin siyahısı yerləşdirilib. Mən öz adıma baxanda fərqinə vardım ki, təvəllüdüm 25.06.1982 əvəzinə, 09.02.2002 göstərilib. Dairə Seçki Komissiyasında məni xeyli “gəncləşdiriblər”. Bununla bağlı ilk olaraq DSK-ya məlumat verdim. Daha sonra MSK-nın “qaynar xətt”inə məlumat verdim.  MSK bunun texniki səhv olduğunu, aradan qaldırılacağını dedi. DSK da açıqlama verdi ki, mənə qarşı hər hansı qərəzləri yoxdur. Bu gün “qaynar xətt” yenidən zəng etdim, müraciətimin qeydə alındığını dedilər. Artıq axşam saatlarına doğru  mənimlə bağlı olan səhvi düzəltdilər”.Modern.az

Tarix: 13 Yanvar 2020, 19:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin