“Pavel Rayel adlı bir rus eksperti var, o, Vətən müharibəmizlə bağlı çox maraqlı, həqiqətin xeyrinə analizlər verdi. Çıxışında da bizi qalib elan etdi. O, deyirdi ki, “azərbaycanlılar yeni taktikadan istifadə etdi. Onlar əsgəri yox, tankı, topu nişan aldı və bunu erməni əsgəri görəndə texnikalarını qoyub qaçdılar”. Mənə elə gəlir ki, bu dünya tarixində yeni bir şeydir ki, sən əsgərləri öldürmürsən, amma əlindəki qılıncını alıb qırırsan. Buna görə mən düşünürəm ki, gec-tez sülh müqaviləsi bağlanmalıdır. Ermənistanın müharibəni uduzduğuna təkcə Paşinyan yox, erməni xalqı imza atmalıdır”.
Pravda.az xəbər verir ki, bunu əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib. Ş.Əsgərov qeyd edib ki, biz öncə qəhrəmanlarımızı tanımalıyıq: