Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Baş nazir karantini pozdu

1 513
Paylaş:
Baş nazir karantini pozdu

Norveçin Baş naziri Erna Solberqə 60 illiyinə həsr olunmuş tədbirlər zamanı yoluxucu xəstrəliklərlə mübarizəyə dair qanunları pozmaqda şübhəli statusu verilib.

Pravda.az NRK-yə istinadən xəbər verir ki, hökumət başçısı və həyat yoldaşı bununla bağlı sorğu-sual ediləcək. Həmin məsələyə dair təhqiqatın həftə ərzində başa çatacağı bildirilir.

Baş nazir barəsində təhqiqatın başlanması polis tərəfindən martın 19-da açıqlanıb. Mümkün pozuntular barədə ehtimallar KİV xəbərlərindən və baş nazirin öz fikirlərindən əldə edilib. Belə ki, fevral ayında Erna Solberqin ailəsi onun doğum günü münasibətilə iki dəfə 10 nəfərdən çox iştirakçının toplaşdığı məclis keçiribmiş.

Report

Paylaş:

Ən son xəbərlər