BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycana qar yağacaq - XƏBƏRDARLIQ

Martın 26-sı axşamdan 28-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.  

Tibbi-meteoroloji proqnoz:

Martın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi  meteohəssas insanlar üçün nisbətən əlverişlidir.


Tarix: 24 Mart 2021, 12:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin