İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni hospitalizə edilib.
Pravda.az xəbər verir ki, bu barədə ANSA agentliyi tvitter səhifəsində yazıb.
Onun vəkili Federiko Çekkoninin sözlərinə görə, Berluskoni hələ martın 22-də xəstəxanaya yerləşdirilib. Siyasətçinin vəziyyəti ilə bağlı hələlik heç nə məlum deyil.
