Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Fransa Prezidenti Emmanuel Makronun fransız televiziya kanalına verdiyi müsahibədəki ifadələrini şərh edib.
Pravda.az xəbər verir ki, H.Aksoy Makronun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqındakı sözləri və Türkiyənin Fransa seçkilərinə müdaxilə edəcəyinə dair açıqlamasına sərt reaksiya göstərib.
“Ölkələrimiz arasındakı dostluq və müttəfiqlik əlaqəsi əleyhinə istifadə etdiyi ifadələri qəbuledilməz hesab edirik. İki ölkə arasında yaşanan gərginliklərin yerinin sükunət və dostluq alması üçün addımlar atdığımız bu dönəmdə cənab Makronun bu açıqlamalarının uğursuz olduğunu düşünürük”, - o deyib.