Azərbaycan millisi tarixində 12-ci dəfə topu öz qapısına vurub.
Pravda.az-ın məlumatına görə, bu, DÇ-2022-nin seçmə mərhələsinin I turunun Portuqaliya ilə oyununda baş verib.
Turində keçirilən və hazırda davam edən görüşün 37-ci dəqiqəsində Maksim Medvedev avtoqol müəllifi olub. Bu, kapitanın millinin heyətində 2-ci avtoqolu kimi tarixə düşüb. O, 2018-ci ildə Belarusla yoldaşlıq görüşündə də topu öz qapımızdan keçirməklə hesabı açmışdı.
Medvedevə qədər yığmamız 11 dəfə belə uğursuzluq yaşayıb. İlk avtoqol Tərlan Əhmədovun hesabındadır. Antirekordçu isə Rəşad Sadıqovdur. O, 4 dəfə topu yığmamızın qapısından keçirib.
Millidə Tərlan Əhmədov, Emin Ağayev, Emin Quliyev, Aftandil Hacıyev, Pavel Paşayev və Anton Krivotsyuk da avtoqola üzülüb.
7 sentyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu
Bakı. Azərbaycan – İtaliya 0:2
Tərlan Əhmədov, 32 – hesabı açıb
12 oktyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu
Helsinki. Finlandiya – Azərbaycan – 3:0
Emin Ağayev, 14 – hesabı açıb
14 dekabr 2003-cü il. Yoldaşlıq görüşü
Dubay. BƏƏ – Azərbaycan – 3:3
Emin Quliyev, 4 – hesabı açıb
26 mart 2005-ci il. DÇ-2006-ın seçmə mərhələ oyunu
Varşava. Polşa – Azərbaycan – 8:0
Aftandil Hacıyev, 16 – hesabı 0:2 edib
29 may 2010-cu il. Yoldaşlıq görüşü.
Bişofshofen. Makedoniya – Azərbaycan – 3:1
Rəşad Sadıqov, 66 – hesabı 0:2 edib
7 sentyabr 2010-cu il. AÇ-2012-nin seçmə mərhələ oyunu