Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Gültəkin Sadıqova deputatlığa namizədliyini 61 saylı Neftçala seçki dairəsindən iki dəfə irəli sürüb.
Pravda.az-ın xəbərinə görə, G.Sadıqova namizədliyini əvvəlcə öz təşəbbüsü ilə sürüb. Dairə seçki komissiyası onun namizədliyinin irəli sürülməsini təsdiqləməyib.
Daha sonra isə icra başçısının müavininin namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb. Hazırda o, YAP-ın namizədi kimi qeydə alınıb.
Hazırda həmin seçki dairəsinin deputatı Arif Rəhimzadədir. O, 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib.
Həmin seçki dairəsindən Xalq şairi Sabir Rüstəmxanlı da deputatlığa namizəddir.