Qırğızıstan və Özbəkistan dövlət sərhədinin bütün mübahisəli sahələrinə dair razılıq əldə etməyə nail olub.
Pravda.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri, Sərhədlərin Delimitasiyası və Demarkasiyası üzrə Qırğızıstan Hökumət Komissiyasının rəhbəri Kamıçıbek Taşiyev bu gün paytaxt Bişkekdə keçirdiyi brifinqdə bildirib.