"Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova 9 fevral 2020-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyini irəli sürüb.
Pravda.az-ın xəbərinə görə, bu gün 9 saylı Binəqədi ikinci seçki dairəsi Günel Səfərovanın namizədliyini təsdiq edib. G.Səfərova seçkilərə "Fərqi vətəndaş bilir!" şüarı ilə gedir.