Məzmuna keç
Pravda.az — xəbər portalı
İdman

Danimarka 8 qolla qalib gəldi

1 545
Paylaş:
Danimarka 8 qolla qalib gəldi

Futbol üzrə dünya çempionatının seçmə mərhələsində II turun daha 4 oyunu keçirilib.

Pravda.az-ın məlumatına görə, B qrupunda Gürcüstan və İspaniya milliləri arasındakı qarşılaşmada qonaqlar uzatma dəqiqələrində qələbə qazanıb - 2:1. Meydan sahiblərinin qolunu Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya vurub.

F qrupunda azərbaycanlı referi Əliyar Ağayevin idarə etdiyi görüşdə Danimarka yığması Moldovanı darmadağın edib - 8:0. Bu, "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinin hazırda rəhbərlik etdiyi və "Keşlə"dən çağırılmış qapıçı Stanislav Namaşkonun çıxış etdiyi yığmanın ən ağır məğlubiyyəti olub.

I qrupunda İngiltərə səfərdə Albaniyaya, J qrupunda isə Ermənistan öz meydanında İslandiyaya eyni hesabla qalib gəlib - 2:0.

Paylaş:

Ən son xəbərlər