"Bir generalın, otelin həyətində çəkilən yarıçılpaq videosu "şəxsi həyat" deyil, amma bir qadının oteldə yayılan videosu "şəxsi həyat" sayılır?"
"Siyasətə bu çirkinliyi siz gətirmisiniz" - Sabiq deputat
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin sabiq deputatı Etibar Hüseynli deyib.
E.Hüseynov etiraz edib: "Bunu hansı meyarlarla təyin edirsiniz: Hədəfin iqtidar və ya müxalif olmasıylamı? Görünən odur ki, bəli. Ona görə də elə ikiniz də eyni zadsız...çox da zilə çıxmayın. Siyasətə də elə bu çirkinliyi siz gətiribsiniz; 20 il əvvəl Əbru Gündəşlə rəqs fotosundan tutmuş, Fəzail Ağamalının oriental rəqqasəyə pul uzatma şəkilinə qədər qəzet manşetlərinə daşıyıb, səhifə-səhifə təhqir-söyüş yazanlar da sizlər olubsuz. O müxalifətçi Cəmilin qızının əvəzinə bir nazir və ya icra başçısının qızının videosu yayılsaydı, yenəmi bu mövqedə olacaqdınız?"