BURADA REKLAMINIZ OLA
BİLƏR

SOCAR məlumat yaydı

Süveyş kanalının bağlı qalması hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməliyyatlarına demək olar ki, təsir göstərmir.

 

Bunu SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan neftinin satışı baxımından şirkətin əsas hədəf bazarı Avropa və Aralıq dənizinin hövzəsində olan ölkələrdir: “Şərq istiqamətində də zaman-zaman Azərbaycan nefti göndərilir, lakin bu günlərdə həmin istiqamətdə hələlik tankerimiz nəzərdə tutulmamışdı”.

 

SOCAR rəsmisi bildirib ki, Fars körfəzindən Aralıq dənizinə Süveyş üzərindən neftin daşınması azalsa da, həmin neftin xassələri bizim neftdən fərqlənir: “Odur ki, hazırkı vəziyyətdən irəli gələn qıtlıq Azərbaycan neftinə olan tələbata da birbaşa təsir göstərməz. Hazırda pandemiya ilə əlaqədar neftə olan tələbat ümumilikdə nisbətən aşağı olaraq qalır. Belə görünür ki, Avropadakı neft emalı zavodları da hələ ki, mövcud həcmlərə qane olur. Beləliklə, yaranmış vəziyyət fraxt qiymətlərinin artması istisna olmaqla, neft bazarına hələ bir o qədər təsir göstərməyib. Vəziyyət yaxın günlərdə aradan qaldırılarsa, ortamüddətli perspektivdə də yəqin ki, hər hansı problem yaranmaz”.

Tarix: 29 Mart 2021, 13:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin