Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Oğurladığı əşyaları 200 manata satdı

1 005
Paylaş:
Oğurladığı əşyaları 200 manata satdı

Samux rayonunda da oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayonun Sərkar kəndində yerləşən kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərdə tutulan anbara qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 3000 manat olan müxtəlif elektrik avadanlıqları oğurlanıb. Samux RPŞ əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elşən Bayramov saxlanılıb.

Oğurladığı əşyaları 200 manata satdığını etiraf edən E. Bayramov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:

Ən son xəbərlər