BURADA REKLAMINIZ OLA
BİLƏR

Süveyş kanalı yenə bağlandı

Bu gün Süveyş kanalında “Ever Given” konteyner gəmisi yenə hərəkəti dayandırıb.

Pravda.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Süveyş Kanalı İdarəsindəki (SCA) mənbə bildirib: “Gəmi güclü külək üzündən eyni vəziyyətə qayıtdı, amma məsələ əvvəlki kimi qəliz deyil”.

Kanalın operator şirkəti “Gulf Agency Company”dəki mənbənin sözlərinə görə, dünən saydan çıxarılmış 400 metr uzunluğu, 224 min ton tutumlu “Ever Given” gəmisini hərəkətə gətirmək üçün işlər davam etdirilir, hələlik mühüm bir dəyişiklik yoxdur.

Qeyd edək ki, uzunluğu 400 metr olan “Ever Given” yük gəmisinin yükgötürmə qabiliyyəti 224 min tona bərabərdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirkən kanalın 151-ci kilometrliyində saya oturub.


Report

Tarix: 29 Mart 2021, 18:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin