BURADA REKLAMINIZ OLA
BİLƏR

Xanhüseyn Kazımlı: “Qızım deputat olmaq istəyir”

V çağırış Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı sosial şəbəkələrdə qızı ilə bağlı yayılan müzakirələrə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, o, qızının deputatlığa layiqli namizəd olduğunu bildirib:

 

"Mən deputatlığa namizədliyimi verməmişəm. Qızım Parlament seçkilərində iştirak etməklə bağlı qərar verdi. İnşallah yanvar ayının 17-si təbliğat prosesi başlayandan sonra özü mətbuata bu qərarı ilə bağlı açıqlama verəcək. Yazırlar ki, qızım bankda işləyir, bu məlumatlar doğru deyil. Özü universitetdə müəllimdir, namizədlik müdafiə edib. Qızımın biliyinə və savadına söz ola bilməz. Özü millət vəkili olmaq istəyir. Əsl deputat olmağa layiq şəxsdir".

Tarix: 14 Yanvar 2020, 16:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin